Ana Sayfa > Dünya > İrandakı seçkilərdə 4 qadın namizəd kimi qeydə alındı

İrandakı seçkilərdə 4 qadın namizəd kimi qeydə alındı


4-06-2024, 09:41. Yazar: sevinc1
İrandakı seçkilərdə 4 qadın namizəd kimi qeydə alındı

İranda prezident seçkilərində iştirak etmək üçün 4 qadın qeydiyyatdan keçib.

aia.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Onların hamısı İran parlamentinin (Məclisin) keçmiş deputatları- Zöhrə İlahiyan, Seyedeh Həmidə Zarabadi, Həcər Çenarani və Rafat Bayatdır.

Qeyd edək ki, iştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq. Növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

AİA.AZ
Geri dön