Ana Sayfa > İdman > ÇL-nın ən yaxşı qolu müəyyənləşdi

ÇL-nın ən yaxşı qolu müəyyənləşdi


3-06-2024, 17:24. Yazar: sevinc1
ÇL-nın ən yaxşı qolu müəyyənləşdi

Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünün ən yaxşı qolu bəlli olub.

aia.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Federiko Valverdenin İngiltərənin “Mançester Siti” komandasına vurduğu qol ən yaxşı seçilib. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.

Turnirin 1/4 final mərhələsinin ilk matçına təsadüf edən həmin qarşılaşma bol qollu heç-heçə ilə yekunlaşıb – 3:3.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniya təmsilçisi “Borussiya Dortmund”a 2:0 hesabı ilə qalib gələrək tarixində 15-ci dəfə bu titulun sahibi olub.

aia.az
Geri dön