Ana Sayfa > Siyasət > Kim Çen In İlham Əliyevə məktub göndərdi

Kim Çen In İlham Əliyevə məktub göndərdi


3-06-2024, 14:52. Yazar: sevinc1
Kim Çen In İlham Əliyevə məktub göndərdi

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

aia.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə ölkənin sosial-iqtisadi inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

aia.az
Geri dön