Ana Sayfa > Manşet > İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib


26-10-2016, 13:52. Yazar: admin


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.
Dövlət başçısının rəsmi saytına istinadən xəbər veririk.

Daha sonra dövlət başçısı Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini qəbul edib.

Prezident İlham Əliyev bu gün Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin də etimadnaməsini qəbul edib.





Geri dön