Ana Sayfa > Parlament > 3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı
3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı3-06-2024, 12:56. Yazar: sevinc1 |
Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyənləşdirilərək saxlanılıb. Həmçinin rayon polis idarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində müxtəlif vaxtlarda daha iki nəfərin bank kartından 310 və 6 min manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyənləşdirilərək saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının isə keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır. aia.az Geri dön |