Ana Sayfa > Gündəm / Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza atdı.

Bakı Sağlamlıq Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza atdı.


1-06-2024, 17:46. Yazar: sevinc1
Bakı Sağlamlıq Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza atdı.

Korporativ Sosial Məsuliyyət prinsiplərinə sadiq qalan Bakı Sağlamlıq Mərkəzi “ASAN Məktub” layihəsi çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq kiçik dostlarımızın arzularını gerçəkləşdirib.

Layihə çərçivəsində Bakı Sağlamlıq Mərkəzi əməkdaşları “ASAN Məktub” vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində Mərkəzimizin həkim-pediatrı, oftalmoloqu, otorinolarinqoloqu (LOR həkimi), kardioloqu, uşaq cərrahı, USM həkimi tərəfindən uşaqların profilaktik müayinələrini aparılmışdır. Sonra uşaqlar üçün xüsusi əyləncələr və animatorların iştirakı ilə müxtəlif şou proqramlar təşkil olunub.

“Uşaqlar gülərsə, dünya gülər.” deyərək Şamaxı rayonunun Məlikçobanlı kəndinin kiçik sakinlərinə hədiyyələri təqdim olunaraq, 30 nəfər uşağın arzusu reallaşdırılmışdır.

Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov bildirmişdirki, hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün əsas vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan etməsi bu sahəyə diqqətdən xəbər verir. Bugün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır.

Uşaqların xoşbəxt olduğu an - sevildiklərini hiss etdikləri andır! Onlara bir gün yox, hər gün sevildiklərini hiss etdirək!

Bakı Sağlamlıq Mərkəzi olaraq əlçatan arzuların reallaşmasında təşkilati dəstək olan “ASAN Məktub” sosial proqramına təşəkkür edirik!


Geri dön