Ana Sayfa > Özəl > Təminatlı təhlükəsizlik əsas şərtdir
Təminatlı təhlükəsizlik əsas şərtdir30-05-2024, 16:25. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bir sıra vacib məqamlara toxunmuşdur. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm mədəni dividentlər gətirəcək. Digər tərəfdən də BMT üzvü olan ölkələrin əksəriyyəti bu proqramda iştirak edir və gələn il xeyli sayda dövlət və hökumət başçılarının, ümumilikdə 80 mindən çox xarici qonağın ölkəmizə səfəri nəzərdə tutulur. Azərbaycanın 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP-29-a ev sahibi seçilməsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin növbəti tarixi qələbəsidir. "Euronews" telekanalına müsahibəsində Ölkə başçımız eyni zamanda beynəlxalq ictimaiyyətə bir sıra mesajlar verdi: “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür.Qeyd etmək lazımdır ki, hər zaman sülhün və əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır. Bunun da nəticəsidir ki, ölkəmizə qarşı məkrli, çirkin addımlar nəticəsiz qalır və istəklərinə çatmaq istəyənlər heç bir uğura nail ola bilmirlər. Misal üçün Fransanı və başqa dövlətləri göstərmək olar ki, artıq onların özləri də Azərbaycanla hesablaşmağın vacibliyini dərk edirlər. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu durmadan armaqdadır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi və iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi və antiterror zamanı işğal olunan ərazilərimiz tamamən işğalçılardan azad edildi və Qarabağ problemi kökündən həll olundu. Hal-hazırda Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri hesab etmək olar. Bu göstəricinin nəticəsidir ki, ölkəmizə davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə hesablanan böyük layihələrin təməli qoyulur. Respublikamızın Prezidenti cənab İlham Əliyev müsahibəsində Avropa İttifaqı ilə bağlı münasibətlərdən də danışıb. Cənab Prezidenti bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal əlaqələrə malikdir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir. Prezident cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub, Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq” kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar. Prezident İlham Əliyev deyib ki, ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar. Ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Bu gün Azərbaycan belə bir tədbir keçirməklə bütün dünyanın diqqət mərkəzinə çevriləcək və bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin, rolunun və nüfuzunun göstəricisinə çevriləcək. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Geri dön |