Ana Sayfa > Siyasət > Yaşıl dünyaya apran yol
Yaşıl dünyaya apran yol30-05-2024, 13:55. Yazar: sevinc1 |
Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Bu missiya qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə bütün səylərin birləşdirilməsi, həmrəylik və dialoqdur. Bu baxımdan COP29 kimi beynəlxalq tədbirin bu ilin payızında Bakıda keçiriləcəyi böyük əhəmiyyət kəsb edir. Mövzunun həssaslığı istər-istəməz dünyanın baxışlarının Bakıya yönə\lməsinə səbəb olmuşdur. Aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə “Euronews” telekanalı müxbirinin sualları da bu qəbildən olmuşdur. Telekanala müsahibə verən ölkə başçısı ilk növbədə beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəyə malik olduğumuz bildirərək qeyd etmişdir ki, 4 il ərzində Qoşulmamam Hərəkataı kimi mühüm beynəlxalq təşkilata sədrlik etmək ölkəmizə bu imkanı verir. Berlində keçirilən konfransı COP29-a aparan yolun başlanğıcı olduğunu bildirən cənab İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə. Sıx əməkdaşlıq etdiyini və üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını və qəbul edildiyini diqqətə çatdırmışdır. Ölkəmizdə keçiriləcək COP29-da qlobal əhəmiyyətli məsələlər müzakirə olunacağını xatırladan cənab İlham Əliyev demişdir: “Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar.” İlk növbədə problemin həlli üçün maliyyələşmə mənbələrinin tapılmasının vacibliyini qeyd edən cənab İlham əliyev bunun üçün həmrəyliyin təmin edilməsinin vacibliyini vurğulamışdır: “COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir. Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.” Ölkəmizin başçısı COP29-dan gözləntinin də dünya və bəşəriyyət üçün çox mühüm olan yaşıl dünya yaratmağın olduğunu bldirərərək demişdir: “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq.” Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Geri dön |