Ana Sayfa > Özəl > Azərbaycan beynəlxalq layihələrin ugurlu müəllifidir

Azərbaycan beynəlxalq layihələrin ugurlu müəllifidir


30-05-2024, 09:34. Yazar: sevinc1
Azərbaycan beynəlxalq layihələrin ugurlu müəllifidir

COP 29 Beynəlxalq Konfransına Azərbaycanın ev sahibliyi etməsi bəzi dövlətləri narahat etdiyi üçün, neft ölkəsi olmağımızı bəhanə edərək, tənqidlər irəli sürürlər ki, bu tənqidlər olduqca əsassız və əhəmiyyətsizdir.
Azərbaycan zəngin təbii sərvətlərə malik olan bir ölkə olsa da, bu sərvətlərdən ən təhükəsiz şəkildə istifadə etməyi bacaran bir ölkədir. Elə buna görədir ki, Cənab Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına vediyi müsahibədə, çox doğru şəkildə qeyd etmişdir ki, “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin”. Odur ki, hamıya bəllidir ki, Azərbaycan zəngin təbii sərvətlərə malik olan ölkə olsa da, hər zaman Qlobal çağırışlara məsuliyyətlə yanaşan Azərbaycanda da ekologiya və ətraf mühitin mühafizəsi məsələsi bütün dövrlərdə prioritetlər sırasında olub. İstər aidiyyəti dövlət qurumları, istər özəl təşkilatlar, istərsə də vətəndaş cəmiyyətinin nümayəndələri ölkənin ekoloji mühitinin daim sağlam, təmiz qalması üçün davamlı olaraq tədbirlər, layihələr həyata keçirirlər. Dəniz sahilinin təmizlənməsi, plastik tullantıların, eləcə də digər zərərli tullantıların toplanılaraq müvafiq yerlərə təhvil verilməsi, ağacəkmə kampaniyalarının təşkil olunması kimi bir çox ekoloji tədbirlər deyilənlərin əyani nümunələrindəndir. Məlum olduğu kimi, bu gün Azərbaycanın müəyyən etdiyi prioritetlərdən biri də işğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulmasıdır. Şübhəsiz ki, bu tədbirlər çərçivəsində xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də həmin ərazilərdə ekologiyanın qorunmasını təmin etmək, geniş yaşıllıq zonalarının yaradılmasıdır.
Azərbaycanın COP 29 Beynəlxalq konfransına ev sahibliyi etməsi, Azərbaycana beynəlxalq arenada göstərilən etimadın, inamın bariz nümunəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bugün Azərbaycan öz təbii sərvətlərindən ətrafa minimum ziyan verərək istifadə edir ki, bu da ölkəmizə olan etimadı daha da artırır. “Yaşıl artım” ölkəsinə çevrilmək, artıq Azərbaycanın milli hədəflərindəndir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bu da onu göstərir ki, 2050-ci ilə qədər istixana qazlarının miqdarı təxminən 50 faiz azalacaqdır.
Cənab Prezidentin müsahibədə neft mövzusunda söylədikləri də olduqca təqdirəlayiqdir. O haqlı olaraq, nefti olmayan ölkələrin nefti olan ölkələri ittiham etməsini doğru qəbul etmədiyini bildirib. Cənab Prezidentin də söylədiyi kimi, bu bir diplomatiyadır, siyasətdir.
Bütün dünyaya məlumdur ki, Azərbaycan neft ölkəsi olsa da, ekoloji təhlükəsizliyin bütün qaydalarına ən yaxşı şəkildə əməl edir və o digər neft çıxarılan ölkələrə müsbət nümunə ola bilər. Azərbaycanın neft-qaz ölkəsi olaraq böyük tarixi var. Bu gün Azərbaycanın hədəflədiyi yaşıl artım proqramları və icra olunmuş layihələr göstərir ki, ölkə və cəmiyyət olaraq biz bu baxımdan kifayət qədər təcrübəyə sahibik. Azərbaycanda qəbul olunan layihə proqramları, həm də 2030-cu ilədək hədəflənilmiş 30 faizədək alternativ enerji mənbələrinin yaradılması, geniş artım strategiyasının qəbul olunmasını digər ölkələrlə bölüşəcəkdir. Bu baxımdan COP29 Azərbaycan üçün əla fürsətdir.

YAP Laçın Rayon Təşkilatının 54 saylı Ərazi Partiya Təşkilatının sədri, Uğurlu Şəbnəm Tofiq qızı

Geri dön