Ana Sayfa > Özəl > Artan potensial
Artan potensial30-05-2024, 09:33. Yazar: sevinc1 |
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1992-ci il may ayının 29-da qoyulub. 2007-ci ilin avqust ayında Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında əlaqələrin daha sıx olduğunun təsdiqidir. Xüsusilə, xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan münasibətlər son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da dərinləşərək inkişaf edir. Təkcə onu demək kifayətdir ki, Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib və axırıncı səfər 2023-cü ilin aprelində reallaşıb. Səfər zamanı enerji məsələlərinə də xüsusi diqqət yetirilib. Tərəflər enerji layihələrinin, o cümlədən enerji infrastrukturunun tikintisi və modernləşdirilməsinin birgə həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Bu addımlar hər iki ölkənin enerji təhlükəsizliyinə və davamlı inkişafına kömək edəcək. Tərəflər qarşılıqlı investisiyaların artırılması yollarını da müzakirə ediblər. İnvestorlar üçün əlverişli şəraitin yaradılmasına, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə hazır olduqları bildirilib. Bu addımlar Tacikistan və Azərbaycan şirkətləri üçün iqtisadiyyatın müxtəlif sahələrində yeni perspektivlər açır.Tacikistan və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığı iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı və dərinləşməsi üçün ən perspektivli sayıla biləcək bir neçə əsas istiqaməti əhatə edir. Əməkdaşlığın mühüm sahələrindən biri də enerjidir. Ölkələrimizin enerji sahəsində əhəmiyyətli resursları var ki, bu da bir çox sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün imkanlar açır. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır.Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Ağaverdi Əliverdiyev YAP Qusar rayon təşkilatının əməkdaşı Geri dön |