Ana Sayfa > Özəl > Polşada yanğında şübhəli bilinən iki Belarus vətəndaşı saxlanılıb
Polşada yanğında şübhəli bilinən iki Belarus vətəndaşı saxlanılıb29-05-2024, 20:19. Yazar: sevinc1 |
Varşava məhkəməsi şübhəlilərin üç aylıq həbsi barədə qərar çıxarıb Polşa Daxili Təhlükəsizlik Agentliyinin sözçüsü Jacek Dobrzynski bildirib ki, Polşa təhlükəsizlik xidmətləri ölkənin müxtəlif bölgələrində son günlərdə baş verən yanğınları törətməkdə şübhəli bilinən üç nəfəri, bir polyak və iki Belarus vətəndaşını saxlayıb. "Mayın 27-də Varşava, Pruskov və Pomeraniya Voyevodalığında Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları üç nəfəri saxlayıblar. Polşa vətəndaşı, həmçinin Belarusun iki vətəndaşı ölkənin müxtəlif bölgələrində obyektlərə yanğın törətməkdə şübhəli bilinirlər. ”, - o, agentliyin saytında dərc olunan bəyanatında yazıb. Saxlanılan şəxslər “mütəşəkkil beynəlxalq cinayətkar qruplaşmada iştirak etməkdə, habelə xarici kəşfiyyatın göstərişi ilə təxribat və terror aktları törətməkdə” şübhəli bilinirlər. Varşava məhkəməsi şübhəlilərin üç aylıq həbsi barədə qərar çıxarıb. Bundan əvvəl Polşa prezidenti Anjey Duda ölkədə baş verən silsilə yanğınların arxasında xarici kəşfiyyat xidmətlərinin ola biləcəyini bildirmişdi. Polşanın baş naziri Donald Tusk daha sonra təsdiqləyib ki, Varşavada böyük ticarət mərkəzində baş verən yanğınla bağlı araşdırma zamanı belə bir versiya nəzərdən keçirilir. Mayın əvvəlində Varşava və Polşanın bir sıra digər şəhərlərində bir sıra böyük yanğınlar baş verib. Mayın 13-də Varşava ətrafında liseyin dam örtüyü yanıb. Poznanda yanğınsöndürənlər məktəbində baş verən partlayış nəticəsində 9 nəfər yanıq xəsarəti alıb. Mayın 12-də Polşanın paytaxtında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində iki nəfər həlak olub.Həmin gün Varşavanın şimalında ticarət mərkəzi yanıb. Mayın 10-da ölkənin cənubunda kimyəvi tullantılar anbarında yanğın baş verib. aia.az Tərcümə şöbəsi Geri dön |