Ana Sayfa > Özəl > Ərdoğan ABŞ və Avropanı “bəşəriyyəti məhv etməkdə” ittiham edib
Ərdoğan ABŞ və Avropanı “bəşəriyyəti məhv etməkdə” ittiham edib29-05-2024, 14:49. Yazar: sevinc1 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Avropa ölkələrini Qəzza zolağında “insanlığın məhv edilməsində” şərik olmaqda, BMT-ni isə fəaliyyətsizlikdə ittiham edib. Bu barədə TASS yazır.Türkiyə lideri hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında BMT-ni “bütün bəşəriyyətin canlı izlədiyi soyqırımı dayandırmağa” çağırıb. “İsrail beynəlxalq hüququn nəzarəti altına keçməyincə və özünü beynəlxalq hüquqa bağlı hesab etməyənə qədər heç bir dövlət təhlükəsiz olmayacaq. Dünya televiziyada canlı yayımda Netanyahu adlı vampirin vəhşiliyini izləyir. İsrail Qəzzada insanlığı məhv etdi”, – Ərdoğan bildirib. O, günahsız qurbanların qanının ABŞ-ın əlində olduğunu və Avropa ölkələrinin “bu vampirizmdə tərəfdaşlara” çevrildiyini vurğulayıb.“Birləşmiş Millətlər Təşkilatı, soyqırımı dayandıra bilmirsinizsə, 21-ci əsrdə sizə nə lazımdır? Əgər dünyanın gələcəyi beş ölkədən [Təhlükəsizlik Şurasının üzvlərindən] asılıdırsa, bu nəhəng binalar nəyə lazımdır?” - Türkiyə prezidenti vurğulayıb aia.az Tərcümə şöbəsi Geri dön |