Ana Sayfa > Manşet / Siyasət > "Təhlükəsizlik kifayət deyil, bizə sülh lazımdır" -

"Təhlükəsizlik kifayət deyil, bizə sülh lazımdır" -


29-05-2024, 12:00. Yazar: sevinc1
"Təhlükəsizlik kifayət deyil, bizə sülh lazımdır" -

"Ermənistanın indiyə qədər həyata keçirdiyi təhlükəsizlik konsepsiyası təhlükəsizliyi təmin etmir, təhlükələr yaradır".

aia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Daimi Komitələrinin birgə iclasında deyib.

O, “Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirəsi zamanı deyib: "Məncə, qeyd etməliyik ki, artıq Ermənistan vətəndaşı üçün azadlıq kifayət deyil, çünki ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, çünki bizə sülh lazımdır. Dövlətimizin mövcudluğu dövründə təhlükəsizlik dediyimiz şeyin kifayət qədər təhlükəli olduğunun fərqinə varmamışıq. Biz buna təhlükəsizlik adını verdik, lakin fikrimizcə, yeni təhlükələr yaradaraq həmin təhlükəsizliyi təmin etməyə çalışdıq".

O vurğulayıb ki, təhlükəsizliyi təmin edə bilən sülhdür.

aia.az
Geri dön