Ana Sayfa > Özəl > Qarşılıqlı fəaliyyət layihələri əməkdaşlığımızı daha da möhkəmlədəcək

Qarşılıqlı fəaliyyət layihələri əməkdaşlığımızı daha da möhkəmlədəcək


29-05-2024, 11:26. Yazar: sevinc1
Qarşılıqlı fəaliyyət layihələri əməkdaşlığımızı daha da möhkəmlədəcək

Cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış etmişdirlər. Prezident İlham Əliyev bəyanatında bildirmişdir ki, bu gün qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektri müzakirə edildi, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verildi. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Biz münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Dövlət başçısı Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənədin , ümumilikdə isə 14 sənəd imzalandığını vurğulayıb. Azərbaycanda keçirilən Tacikistan Mədəniyyət Günlərinin də mühüm əhəmiyyətindən söz açılıb. Bildirilib ki, Tacikistan Mədəniyyət günlərinin Azərbaycanda keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Görüş zamanı Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Qeyd edilib ki, biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.

Bəhruz Ramazanov ,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.

Geri dön