Ana Sayfa > Siyasət > Həmrəyliyə çağırış

Həmrəyliyə çağırış


29-05-2024, 10:16. Yazar: sevinc1
Həmrəyliyə çağırış

COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib və ölkəmizin yaşıl iqtisadiyyata keçid siyasətini aydınlaşdıran sualları cavablandırıb.

Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə Hərəkatın üzvü olan 120 üzv ölkə ilə böyük tərəqqiyə nail olunmaqla bərabər, Avropa İttifaqına üzv olan ölkələrlə də fəal işlədik. Təsadüfi deyil ki, üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmış və qəbul edilmişdir. Ona görə də ilk növbədə Qlobal Cənub-Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq suallarına cavab tapmaq gərəkdir.
Konfransda diqqətə çatdırmaq istədiyi mesajın net ölkələrinin mühakimə edilməməsi olduğunu bildirən cənab İlham Əliyev qeyd edib ki, ilk növbədə “neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.”
COP29-un yeni bir təşəbbüslə keçiriləcəyini qeyd edən ölkə başçısı bildirib ki, BƏƏ, Braziliya və Azərbaycanın təcrübəsindən istifadə edilməklə üç ölkə mexanizmi yaradılmalı, “qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq.”

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Geri dön