Ana Sayfa > Manşet / Gündəm > Mustafa Abbasbəyli işdən azad edildi, yeni vəzifəyə təyin olundu

Mustafa Abbasbəyli işdən azad edildi, yeni vəzifəyə təyin olundu


29-05-2024, 10:15. Yazar: sevinc1
Mustafa Abbasbəyli işdən azad edildi, yeni vəzifəyə təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

aia.az Bakupost.az-a istinadən xəbər verir ki, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək.

Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Qeyd edək ki, M. Abbasbəyli 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri idi.

aia.az
Geri dön