Ana Sayfa > İqtisadiyyat > Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı


29-05-2024, 10:07. Yazar: sevinc1
Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,59 ABŞ dolları, yaxud 3,1% artaraq 85,05 ABŞ dolları təşkil edib.

aia.az xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 84,42 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

aia.az
Geri dön