Ana Sayfa > Özəl > “Taliban” ölkələrlə müsbət əlaqələri inkişaf etdirmək istədiklərini açıqlayıb

“Taliban” ölkələrlə müsbət əlaqələri inkişaf etdirmək istədiklərini açıqlayıb


27-05-2024, 21:26. Yazar: sevinc1
“Taliban” ölkələrlə müsbət əlaqələri inkişaf etdirmək istədiklərini açıqlayıb


Taliban* dünya ölkələri ilə müsbət münasibətləri inkişaf etdirmək istəyir. Bu barədə RİA Novosti-yə Talibanın Qətərdəki siyasi ofisinin rəhbəri Süheyl Şahin məlumat verib.O qeyd edib ki, hərəkat “qonşularla, regiondakı və dünyadaki ölkələrlə müsbət münasibətlər istəyir”. Şahin əlavə edib ki, Taliban “heç vaxt terrorçu olmayıb”.

“Lakin biz ölkəmizi yad işğaldan azad etmək üçün mübarizə apardıq” dedi.
Bundan əvvəl Taliban hərəkatı Əfqanıstanda logistika enerji mərkəzi yaratmaq planlarını açıqlamışdı. Beləliklə, Taliban ölkəni enerji resurslarının, o cümlədən Rusiyadan neftin tədarükü üçün logistik mərkəzə çevirmək istəyir.

Yada salaq ki, 2021-ci ilin avqustunda ABŞ hərbi qüvvələri ölkədən çıxdıqdan sonra Taliban radikalları döyüşsüz Kabilə daxil olub və sentyabrda müvəqqəti hökumətin tərkibini açıqlayıblar.

*hərəkət terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır

aia.az
Tərcümə şöbəsi
Geri dön