Ana Sayfa > Siyasət > Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib


27-05-2024, 17:42. Yazar: sevinc1
Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Mayın 27-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyindən aia.az-a verilən xəbərə görə, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.

Serbiyalı nümayəndələr öz növbələrində CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən danışıblar.

Sonda təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

aia.az
Geri dön