Ana Sayfa > Təhsil > "Hüququ bəzən valideynlər pozurlar"
"Hüququ bəzən valideynlər pozurlar"25-10-2016, 15:11. Yazar: admin |
"Dövlət cinsindən asılı olmayaraq, hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Lakin etiraf etməliyik ki, bəzi hallarda bu hüquqlar valideynlərin etinasızlığı səbəbindən pozulur". Bunu Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib. İdarə rəisi qeyd edib ki, ölkədə, xüsusilə regionlarda və kənd yerlərində çox erkən yaşdan ailəyə kömək məqsədilə məişət işlərini yerinə yetirən, çox zaman məktəbdə aşağı qiymətlərlə oxuyan və dərsə davamiyyəti zəif olan şagirdlər müəyyənləşdirildikdə məktəb rəhbərliyi, məktəbin psixoloqu təhsil hüququnun təmin edilməsi üçün həmin ailələrə səfərlər edir. Onlar ailədaxili vəziyyəti qiymətləndirirlər, zərurət yarandıqda isə məsələyə baxmaq üçün yerli icra strukturlarına müraciət edirlər. Geri dön |