Ana Sayfa > Siyasət > Gülər Sultanzadə: “İqlim dəyişikliyi ilə bağlı yaranan problemlərin həlli konstruktiv yanaşma tələb edir”
Gülər Sultanzadə: “İqlim dəyişikliyi ilə bağlı yaranan problemlərin həlli konstruktiv yanaşma tələb edir”27-05-2024, 09:42. Yazar: sevinc1 |
“Cari ilin aprel ayının 26-da Almaniyanın paytaxtı Berlində “Euronews” telekanalına verdiyi müsahibəsində cənab Prezident İlham Əliyev Avropa ictimaiyyətini maraqlandıran bir sıra məsələlərlə bağlı ətraflı açıqlamalar vermişdir. İlk növbədə dövlət başçımız bu il ölkəmizdə keçiriləcək COP29-un gedişində bütün tərəflərin özlərini rahat hiss edəcəyi bir mühit yaradılacağını diqqətə çatdırdı. Bunun üçün Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu təşkilatda ölkələr arasında körpü rolunu oynamaq təcrübəsi əlbəttə ki, böyük əhəmiyyət kəsb edir. Azərbaycan həm də Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Bütün bunlar COP29-un hədəflərinə çatmaq üçün unikal imkanlar yaradır. Əminliklə demək olar ki, Azərbaycan bu imkanları maksimum reallaşdırmaq üçün əlindən gələni edəcək.” Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib. Müsahibimiz bildirib ki, qazıntı yanacağı hasil edən ölkələrin yaşıl enrjiyə keçid prosesində aparıcı rola malik olmaları barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bütün dünya ictimaiyyətinin bu məsələyə baxışını dəyişə bilər: “Cənab Prezident “Euronews” telekanalına müsahibəsində bir daha vurğuladı ki, faydalı qazıntı ilə zəngin olan ölkələr ilk növbədə həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər. İkinci bir tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni zamanda yaşıl enerli istehsalı ilə bağlı məsələlərdə önə keçməsi təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti yarada bilər. Azərbaycan COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox ölkələrlə fəal iş aparır. Məhz həmrəylik maliyyələşməni və qlobal problemlərin həlli yolunda necə uğur qazanılacağını şərtləndirəcək ən mühüm amillərdən biridir və Azərbaycan bu həmrəyliyə nail olunması üçün əlindən gələni edəcək. Əlbəttə ki, bu yanaşma iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması baxımından çox məqsədəuyğundur. Bununla qazıntı yanacağına malik olmayan ölkələrlə bu sərvətlərə sahib olan ölkələr arasında mövcud olan fikir ayrılıqlarını minimuma endirmək olar” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb. Geri dön |