Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Azərbaycanda doğuş zamanı daha bir ölüm
Azərbaycanda doğuş zamanı daha bir ölüm8-09-2015, 15:14. Yazar: admin |
Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğuş şöbəsində (`Respublikanski` adı ilə məşhurdur -red) qeysəriyyə əməliyyatı zamanı Günel Babayevanın dünyaya gətirdiyi körpə ölüb. Bu barədə AzVision.az-a G.Babayevanın yaxınları məlumat veriblər. Bildirilib ki, əməliyyata kimi uşağın hər hansı problemi olmayıb. Yaxınlarının sözlərinə görə, G.Babayevanın körpəsinin ölümündə əməliyyatı aparan həkimlər günahkardır. Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlasaq da oradan bu məsələ ilə bağlı açıqlama vermək istəmədilər. Geri dön |