Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan beynəlxalq həmrəyliyə nail olunması üçün əlindən gələni edəcək”

Novruzəli Aslanov: “Azərbaycan beynəlxalq həmrəyliyə nail olunması üçün əlindən gələni edəcək”


25-05-2024, 09:47. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycan beynəlxalq həmrəyliyə nail olunması üçün əlindən gələni edəcək”

Ölkəmizdə COP29-un öz işinə başlamasına təxminən beş ay qalır. Əlbəttə ki, ölkəmizin bu mötəbər və nüfuzlu beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Bununla belə, cənab Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, əsas məsələ tədbirin təkcə necə keçiriləcəyində deyil, həm də hansı nəticələrin əldə ediləcəyindədir. Məhz bu məsələ ilə bağlı dövlətimizin başçısı cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində bir sıra dəyərli açıqlamalar vermişdir. İlk növbədə cənab Prezident bildirmişdir ki, Azərbaycanda bütün iştirakçı tərəflərin özlərini rahat hiss edəcəyi bir mühit yaradılacaq. Bu məqsədlə ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda qazandığı böyük təcrübədən geniş istifadə olunacaq. Azərbaycan həm Hərəkatın 120 üzv ölkəsi ilə gözəl əlaqələri, həm də Avropa İttifaqına üzv olan ölkələrlə intensiv fəaliyyəti, o cümlədən onlardan doqquzu ilə strateji münasibətləri var. Əlbəttə ki, bu çox qiymətli təcrübədir və Azərbaycan hər zaman olduğu kimi, öz imkanlarını bütün dünya birliyinin rifahına xidmət edə biləcək məqsədlərə nail olmaq üçün təqdim etməyə hazırdır.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat qeyd edib ki, Prezident İlham Əliyev öz müsahibəsində sağlam düşüncəyə və real məntiqə əsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı ilə zəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkə bilib: “Qeyd edək ki, bu vacib məsələ dövlət başçımızın “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında da öz əksini tapmışdır. Cənab Prezident “Euronews” telekanalına müsahibəsində bir daha vurğuladı ki, faydalı qazıntı ilə zəngin olan ölkələr ilk növbədə həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər. İkinci bir tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni zamanda yaşıl enerli istehsalı ilə bağlı məsələlərdə önə keçməsi təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti yarada bilər. Azərbaycan COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox ölkələrlə fəal iş aparır. Məhz həmrəylik maliyyələşməni və qlobal problemlərin həlli yolunda necə uğur qazanılacağını şərtləndirəcək ən mühüm amillərdən biridir və Azərbaycan bu həmrəyliyə nail olunması üçün əlindən gələni edəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön