Ana Sayfa > Siyasət / Özəl > Tacikistan - Azərbaycan əlaqələri genişləndirilir
Tacikistan - Azərbaycan əlaqələri genişləndirilir24-05-2024, 17:45. Yazar: sevinc1 |
Yeni dünya düzəninin formalaşması fonunda planetimizin hər yerində gedən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin son üç il ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri xüsusi önəm kəsb edir. Bu səfərlər region ölkələri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu baxımdan cari ilin may ayının 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana etdiyi rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Tacikistan Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Tacikistanla iqtisadi əlaqələrinin əsasında ilk növbədə Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsi faktı durur. Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaları da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlət başçımızın uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Azərbaycan və Tacikistan uzun illərdir ki, həm beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Eyni zamanda da bu əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Bütün bu perspektivlər Azərbaycan və Tacikistan Prezidentlərinin təkbətək və geniş tərkibli görüşləri zamanı ətraflı müzakirə olunub, əməkdaşlığın gələcək inkişafı məqsədilə atılacaq addımların əsas istiqamətləri müəyyən edilib. Azərbaycan-Tacikistan münasibətlərinin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə uğurlu addımlar atılır. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri. Geri dön |