Ana Sayfa > Siyasət > Səməd Seyidov:

Səməd Seyidov:


24-05-2024, 12:00. Yazar: sevinc1
Səməd Seyidov:

Bu gün Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhədçilərimiz fəaliyyətə başlayıb.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Qazaxın 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı məsələ barədə danışan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, bununla bağlı ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür: “Prezident İlham Əliyev dünyaya yeni düstur gətirir. Prezident sülhü necə bərpa etmək lazım olduğunu nümayiş etdirir. Ona görə ən böyük təşəkkür Prezident İlham Əliyevə düşür. Bu gün bizim qürur günümüzdür”.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

aia.az
Geri dön