Ana Sayfa > Özəl > Milli dövlətçilik ənənələri
Milli dövlətçilik ənənələri24-05-2024, 11:28. Yazar: sevinc1 |
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə çox işlər görülsə də, Cümhuriyyətin ömrü uzun sürmədi və 23 ay sonra hərbi müdaxilə nəticəsində Azərbaycan 1920-ci ildə Sovet İttifaqına birləşdirildi. Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz iz qoymuş, Azərbaycanın gələcək müstəqilliyi üçün yaxşı zəmin yaratmışdır. 1920-ci ildə Azərbaycanın Sovet İttifaqına birləşdirilməsi bir daha göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. ADR-in varisi kimi Azərbaycan, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi və Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkənin çətin dönəmində xalqın gücünə arxalanaraq məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı və stabilliyi təmin etməklə, Azərbaycan inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladı. Ümummilli Lider Heydər Əliyevin xidmətləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının qopunması üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi Şamo Qasımov Geri dön |