Ana Sayfa > Özəl > 28 May - Müstəqillik Günü Azərbaycan dövlətçiliyinin ilk təcrübəsidir
28 May - Müstəqillik Günü Azərbaycan dövlətçiliyinin ilk təcrübəsidir23-05-2024, 11:47. Yazar: sevinc1 |
Bir neçə gün sonra Azərbaycan xalqı öz Müstəqillik Gününü təntənəli şəkildə qeyd edəcək. Artıq 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) yaranmasından 106 il ötür. Hımin dövrdə yaradılmış respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik , hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil dövlətimiz bu günü 1990-cı ildən dövlət bayramı kimi qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.XX əsrin sonunda yenidən müstəqilliyə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır . Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş , ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir . Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoymuşdur . Keçmiş tariximizə səyahət etsək görərik ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsirlik sosial-iqtisadi , ictimai-siyasi və mədəni unkişafının , xalqımızın milli oyanış proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdiyi zamanda həyata keçirdiyi tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdi . Xalqımız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı . Lakin Azərbaycan Respublikası AXC-dən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı . Ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti inkişaf edir , iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir . Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sıdr müavini Geri dön |