Ana Sayfa > Özəl > Dərin köklərə malik dostluq regional təhlükəsizliyin təməlində vacib faktor kimi
Dərin köklərə malik dostluq regional təhlükəsizliyin təməlində vacib faktor kimi22-05-2024, 17:40. Yazar: sevinc1 |
Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda İran dövlətini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərəcəkdir. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də ölkələrimiz bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətini və niyyətini ifadə edirlər. Neva Abdurahmanova YAP Qusar rayon təşkilatının sədr müavini. Geri dön |