Ana Sayfa > Dünya > Bu ölkədə quş qripinə ilk yoluxma qeydə alındı

Bu ölkədə quş qripinə ilk yoluxma qeydə alındı


22-05-2024, 17:08. Yazar: sevinc1
Bu ölkədə quş qripinə ilk yoluxma qeydə alındı

Avstraliyanın Viktoriya əyalətinin səhiyyə orqanı ölkədə quş qripinə ilk yoluxma halının qeydə alınması ilə bağlı ictimai xəbərdarlıq elan edib.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, Viktoriya Səhiyyə Departamentinin məlumatına görə, quş qripi (H5N1virusu) mart ayında xaricdən qayıdan bir uşaqda aşkarlanıb. Xəstəlik ağır gedişatlı olsa da, uşaq hazırda tam sağalıb.

Həmçinin qeyd edilib ki, xəstəliyin insanlar arasında asanlıqla yayılmadığı nəzərə alınarsa, əlavə yoluxma hallarının baş verməsi ehtimalı çox aşağıdır. Əyalətdə virusun ötürülməsinə dair hələlik heç bir dəlil yoxdur.

Ştatın kənd təsərrüfatı idarəsi quş qripi virusunun Melburndan 80 kilometr qərbdə yerləşən Meredit kəndi yaxınlığındakı fermada quşlar arasında aşkar edildiyini bildirib.

aia.az
Geri dön