Ana Sayfa > Gündəm > Qazaxıstanda cinayət törədib Azərbaycana qaçan şəxs ölkəsinə ekstradisiya edildi
Qazaxıstanda cinayət törədib Azərbaycana qaçan şəxs ölkəsinə ekstradisiya edildi22-05-2024, 11:25. Yazar: sevinc1 |
1989-cu il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Sadırbayov Serik Sırlıbayeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Ba. Prokurorluqdan aia.az-a bildirilib ki, Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S. Sadırbayov 2024-cü ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib. Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib. aia.az Geri dön |