Ana Sayfa > Təhsil / Aia TV / Karusel > Bakı Asiya Universiteti fəaliyyətini dayandırdı

Bakı Asiya Universiteti fəaliyyətini dayandırdı


8-09-2015, 14:40. Yazar: admin

270 tələbə digər universitetlərdə təhsil alacaq.

Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Məlumata əsasən, Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.

Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.
Geri dön