Ana Sayfa > Dünya > Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi21-05-2024, 10:09. Yazar: sevinc1 |
İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub. aia.az xəbər verir ki, bu barədə məlumatı İran KİV-i yayıb. Bildirilib ki, İranda beş gün, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir gün matəm elan olunub. Mayın 19-da göyərtəsində İran prezidentini İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdəkilərin hamısı həlak olub. aia.az Geri dön |