Ana Sayfa > Gündəm > “O evlərin torpaq sənədi varsa, hamısı rəsmiləşdiriləcək”
“O evlərin torpaq sənədi varsa, hamısı rəsmiləşdiriləcək”25-10-2016, 10:10. Yazar: Sevinc |
Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz ev var. Həmin evlərlə bağlı problem hələ də tam həll olunmayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, sənədsiz evlərlə bağlı məsələ həll olunmaq üzrədir: “2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”. Deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq: “Cənab Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək. 2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”. Geri dön |