Ana Sayfa > Özəl > Roma Papası Ukrayna üzrə sülh danışıqlarının mümkün qədər tez başlamasına çağırıb

Roma Papası Ukrayna üzrə sülh danışıqlarının mümkün qədər tez başlamasına çağırıb


20-05-2024, 13:22. Yazar: sevinc1
Roma Papası Ukrayna üzrə sülh danışıqlarının mümkün qədər tez başlamasına çağırıb

Roma Papası Fransisk Ukrayna münaqişəsinə son qoymaq üçün mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb. CBS-ə verdiyi müsahibədə o, danışıqlar yolu ilə əldə edilən sülhün “hər zaman sonsuz müharibədən daha yaxşı” olduğunu vurğuladı.“Müharibəni dayandırın. Siz sülh danışıqlarına başlamaq üçün bir yol tapmalısınız”, - deyə o, Fələstin-İsrail münaqişəsini də şərh edib.
Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov daha əvvəl bildirmişdi ki, Roma Papası Fransisk İsveçrədə Ukrayna ilə bağlı konfransa yalnız Rusiya da dəvət olunarsa, gedəcək.

aia.az
Tərcümə şöbəsi
Geri dön