Ana Sayfa > Siyasət > Dürüstlüyə və nəticəyə sadiqlik

Dürüstlüyə və nəticəyə sadiqlik


20-05-2024, 11:22. Yazar: sevinc1
Dürüstlüyə və nəticəyə sadiqlik

Azərbaycanla Belarusu tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Vaxtilə SSRİ-nin tərkibində olmuş bu iki ölkə təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Ölkə başçılarının səmimi və dost münasibətlərinin olması da əməkdaşlığın inkişafına ciddi töhfə vermişdir.

Fərqli regionlarda yerləşməsinə baxmayaraq hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşır. Eyni zamanda, bu iki dövlət birgə əməkdaşlıq sahələrini uğurla uyğunlaşdıra bilirlər. Ölkələrimiz bir-birinin suverenliyini beynəlxalq aləmdə müdafiə edir. Belarus bütün tarix boyu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə bizə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. Azərbaycan isə Belarusun daxili işlərinə qarışmağın yolverilməzliyini dəfələrlə bəyan edib və bu istiqamətdə öz siyasətini formalaşdırıb. İki ölkə arasında çox sıx iqtisadi əlaqələr var. Bir çox sahələr üzrə birgə layihələrimiz fəaliyyət göstərir.

Mayın 16-da Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək.
Yüksək səviyyəli görüşlərdən və sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Ölkəmizin başçısı öz Bəyanatında qeyd edib ki, “Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik.”

Belarus Respublikasının Prezidentini Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etdiyini bildirən cənab İlham Əliyev bildirib ki, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılması, maşınqayırma sahəsində əməkdaşlıq genişləndiriləcəkdir: “Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.”

Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini söyləyən cənab Prezident İlham Əliyev bildirib ki, gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Regionda və dünyada gedən proseslərin də müzakirə olunduğunu qeyd edən ölkə başçısı bütün münaqişələrin beynəlxalq hüquq normalarına uyğun həlli hər iki dövlətin marağındadır və bu sahədə fikirlər eynidir.
Son 20 ildə Azərbaycan-Belarus əlaqələrinin inkişafında əldə olunan nailiyyətlərin bundan sonra da inkişaf edəcəyini bildirən cənab İlham Əliyev bildirmişdir ki, “Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq.”

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön