Ana Sayfa > İdman > “Prezident tapşırdı ki, adımıza ləkə gəlməsin...” - Azad Rəhimov
“Prezident tapşırdı ki, adımıza ləkə gəlməsin...” - Azad Rəhimov24-10-2016, 16:27. Yazar: Sevinc |
“Ölkə başçısı bildirib ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Elə etmək lazımdır Azərbaycan idmanına ləkə gəlməsin”. Bunu Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, artıq zaman tələb edir ki, idmanda dopinqə qarşı mübarizədə fəaliyyəti dünyanın tələblərinə uyğunlaşdıraq və ona uyğun hərəkət edək: “Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar, ölkəmizə dopinq məsələsində ciddi nəzarətə səbəb olub. Beynəlxalq aləmin dopinq sahəsindəki mübarizəsini nəzərə alaraq Azərbaycan da, bu sahədə üzərinə müəyyən öhdəliklər götürüb və bu öhdəlikləri yerinə yetirmək istiqamətində fəaliyyət göstərməli, bu sahəyə öz töhfəsini verməlidir. İdmanda dopinqə qarşı mübarizə sahəsində yeni qanun hazırlanması ölkə başçısı İlham Əliyevə məruzə edilib və o da, öz növbəsində bildirdi ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Ölkə başçısı onu da əlavə etdi ki, elə etmək lazımdır Azərbaycan idmanına ləkə gəlməsin. Azərbaycan neçə uğurlar əldə edib və bu uğurlar bundan sonra da davam etdirilməlidir. Odur ki, dopinqə qarşı ciddi mübarizə metodu hazırlanmalıdır”. A. Rəhimov qeyd edib ki, dopinqə qarşı hazırlanacaq qanunda bir neçə əsas məsələ öz əksini tapmalıdır: “Birincisi, qanun beynəlxalq standarta cavab verməlı, müstəqil Milli Anti-Dopinq Agentliynin yaradılmasını, idmanda manipulyasiyaya yol verilməməsi, idmançıya hər hansı formada təzyiqlər və idmançıda dopinqdən istifadə etməsinin vaxtında aşkar olunması üçün lazımı maddi-texniki bazanın yaradılması öz əksini tapmalıdır: “Çünki idmançılarda dopinqin aşkar edilməsi üçün ildə 700-800 növ testdən və müayinədən keçilməsi nəzərdə tutulur. Elə etməliyik ki, dopinqə qarşı effektli mübarizə apara bilək”. Geri dön |