Ana Sayfa > Özəl > Çin Xarici İşlər Nazirliyi ÇXR və Rusiyanın statusu ilə bağlı mühüm açıqlama verib
Çin Xarici İşlər Nazirliyi ÇXR və Rusiyanın statusu ilə bağlı mühüm açıqlama verib17-05-2024, 14:33. Yazar: sevinc1 |
Rusiya və Çin bloklara qoşulmamaq prinsipinə sadiq qalacaqlar. Bunu Çin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin baş direktoru Lyu Bin deyib."Gələcəkdə iki ölkə bloklara qoşulmamaq, qarşıdurma yaratmamaq və üçüncü tərəfləri hədəf almamaq prinsipinə riayət etməyə davam edəcək", - Çin Xarici İşlər Nazirliyi qeyd edib. Onlar həmçinin bəyan ediblər ki, Rusiya və Çin qarşılıqlı siyasi etimadı gücləndirməyə davam edəcəklər. Si Cinpin Rusiya ilə Çin arasındakı münasibətləri standart adlandırıb Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Çinə səfərə gedib. Mayın 16-da Rusiya Federasiyasının rəhbəri Çin lideri Si Cinpinlə danışıqlar aparıb. Ertəsi gün o, Harbində VIII Rusiya-Çin EXPO-nun açılışında iştirak etdi və burada çıxış etdi. aia.az Tərcümə şöbəsi Geri dön |