Ana Sayfa > Siyasət > DİN İdarə rəisi:
DİN İdarə rəisi:17-05-2024, 13:50. Yazar: sevinc1 |
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 12 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir və axtarış hər zaman problem olaraq qalır”. aia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deyib. Həzi Aslanov bildirib ki, yeni texnologiyalarla vətəndaşın ölkədən girişi-çıxışı nəzarətdə saxlaya bilirik: “Ona görə də son 5 il ərzində belə hallara az rast gəlinir. Axtarışda olanların 9 nəfəri Türkiyədə məskunlaşıb, ailə qurub. Hər bir dövlətin qanunvericiliyinə uyğun olaraq, ekstradisiya məsələsinə baxırıq. Təbii ki, çətinliklər var. Türkiyəli həmkarlarımızla bu məsələni mütəmadi müzakirə edirik”. Deputat Əminə Ağazadə deyib ki, onlar evlənibsə, Türkiyə vətəndaşıdırsa, onları ekstradisiya edə bilmərik, ancaq sənədlərini Türkiyəyə göndərə bilərik. Qeyd edək ki, insan alveri cinayətinə görə İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışda olan şəxslərin - Türkiyədə 9 nəfər, Pakistan, BƏƏ, Rusiyada isə hər birində 1 nəfər olmaqla 3 nəfərin gizləndiyi ehtimal olunur. aia.az Geri dön |