Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Bu səfər bütün sahələr üzrə əməkdaşlığın inkişafına imkan verəcək.”

Eltun Süleymanov: “Bu səfər bütün sahələr üzrə əməkdaşlığın inkişafına imkan verəcək.”


17-05-2024, 13:15. Yazar: sevinc1
Eltun Süleymanov: “Bu səfər bütün sahələr üzrə əməkdaşlığın inkişafına  imkan verəcək.”

Azərbaycan və Belarus respublikaları fərqli regionlarda yerləşməsinə baxmayaraq hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşır. Eyni zamanda, bu iki dövlət birgə əməkdaşlıq sahələrini uğurla uyğunlaşdıra bilirlər. Ölkələrimiz bir-birinin suverenliyini beynəlxalq aləmdə müdafiə edir. Belarus bütün tarix boyu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə bizə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Hər iki ölkə başçısının Bəyanatından göründüyü kimi, Azərbaycan və Belarus münasibətləri o səviyyədə inkişaf edib ki, bir çoxları üçün nümunə ola bilər. İlk növbədə qarşılıqlı etimad, bir-birinin suveren hüquqlarına sayğı bu münasibətlərin əsasını təşkil edir.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz Bəyanatında qeyd etdi ki, “Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik.” Müzakirə edilən məsələlərin kifayət qədər konkret xarakter daşıdığını bildirən ölkə başçısı qyed edib ki, söhbət İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir.”

Eltun Süleymanov bildirib ki, “Belarus şirkətlərininin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirən cənab İlham Əliyev həyata keçirilməsi nəzərdə tutulan layihələrin miqyasının kifayət qədər geniş olduğunu söyləmiş, bu layihələrin həyata keçirilməsindən sonra gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarının yeni müəssisələrin, yeni iş yerlərinin, həmçinin əməkdaşlığın yeni istiqamətlərinin formalaşacağına əminlik ifadə etmişdir. görəcəyik. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi və müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi olduğunu qeyd edən dövlət başçısı Qarabağın və Zəngəzurda bərpa-quruculuq işlərinin aparılmasına Belarus şirkətlərinin dəvət edildiyini bildirmiş, nəticənin yüksək olacağını qeyd etmişdir.”

Eltun Süleymanov sonda bildirmişdir ki, “Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək.”
Geri dön