Ana Sayfa > İqtisadiyyat > Əhaliyə kredit müjdəsi: - DOLLAR BORCUNUZ...

Əhaliyə kredit müjdəsi: - DOLLAR BORCUNUZ...


24-10-2016, 13:42. Yazar: admin


"Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib."


Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini "bir dam altında” birləşdirməyi planlaşdırır.

Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

R.Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir:

"Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq”.

Bir qədər öncə istiqlal.az Azərbaycanda böyük kredit aminitiyası gözlənilməsi ilə bağlı xəbər yaymışdı.

Bank sektorundakı mənbəyə istinadən yayılan xəbərə görə, 10 min dollara qədər kredit borcu olanların borcları indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 qəpik) ilə hesablanacaq. Bu 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək.
Geri dön