Ana Sayfa > Ölkə > Narkotikin təsiri altında maşın idarə edən 5 sürücü saxlanıldı

Narkotikin təsiri altında maşın idarə edən 5 sürücü saxlanıldı


16-05-2024, 16:00. Yazar: sevinc1
Narkotikin təsiri altında maşın idarə edən 5 sürücü saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov və X.Əkbərov saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə etdikləri məlum olub. Nəqliyyat vasitələrinə baxış zamanı müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana da aşkarlanıb.

Toplanmış materiallar məhkəməyə göndərilib, araşdırmalar aparılır.

aia.az
Geri dön