Ana Sayfa > Özəl > İstanbulda onlarla partiya üzvü saxlanılıb
İstanbulda onlarla partiya üzvü saxlanılıb15-05-2024, 14:07. Yazar: sevinc1 |
İstanbulda polisin keçirdiyi reydlər nəticəsində Türkiyənin kürd yönümlü DEM partiyasının onlarla üzvü saxlanılıb. Bu barədə siyasi qüvvə X sosial şəbəkəsində (keçmiş Twitter) danışıb. “İstanbulda səhər saatlarında vilayət və rayon rəhbərlərimiz, işçi heyətimiz və partiya üzvlərimiz də daxil olmaqla onlarla dostumuz polis basqınından sonra saxlanılıb”, - deyə məlumatda bildirilir. Lakin həbslərin səbəbi açıqlanmır. Bundan əvvəl Ankara prokurorluğu hökumətə qarşı mümkün sui-qəsdlə bağlı araşdırmaya başlayıb. Bu mesajlar respublikada cinayətkar kimi tanınan Ayhan Bora Kaplan təşkilatına üzv olmaqda şübhəli bilinən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşlarının həbs dalğası barədə məlumatdan sonra gəlib. aia.az Tərcümə şöbəsi Geri dön |