Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı


15-05-2024, 11:24. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Mayın 14-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

aia.az
Geri dön