Ana Sayfa > Ölkə > Ucarda narkokuryer saxlanıldı
Ucarda narkokuryer saxlanıldı15-05-2024, 09:29. Yazar: sevinc1 |
![]() Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb. Araşdırmalarla zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib. Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. aia.az Geri dön |