Ana Sayfa > Cəmiyyət > Bakıda yaşayış binasında yanğın: iki azyaşlı tüstüdən zəhərləndi

Bakıda yaşayış binasında yanğın: iki azyaşlı tüstüdən zəhərləndi


24-10-2016, 12:49. Yazar: admin



Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakıda yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib. Məlumata görə, onlar 10 yaşlı Aysu Rəhimova və onun qardaşı, 7 yaşlı Nuran Rəhimovdur.

Azyaşlılar xəstəxanaya yerləşdirilib.
Geri dön