Ana Sayfa > Dünya > Türkiyə və Yunanıstan problemləri rahat müzakirə edə bilirlər -

Türkiyə və Yunanıstan problemləri rahat müzakirə edə bilirlər -


14-05-2024, 15:14. Yazar: sevinc1
Türkiyə və Yunanıstan problemləri rahat müzakirə edə bilirlər -

Həm Türkiyə, həm də Yunanıstan mövcud problemləri rahat müzakirə edə bilirlər.

aia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avstriyadan olan həmkarı Aleksandr Şallanberq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gərginliyin azaldılması istiqamətində müzakirələr davam edir: “Terrorla mübarizə məsələsində də əməkdaşlıq və müzakirələr davam edir. Bu istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirmək barədə düşünürük”.

H.Fidan xatırladıb ki, uzun illər Türkiyədən qaçan terrorçular Yunanıstana sığınıblar.

Nazir qeyd edib ki, Ankara və Afina turizm sahəsində də əməkdaşlığın inkişafında maraqlıdır.

aia.az
Geri dön