Ana Sayfa > İqtisadiyyat > Dollar və avro bahalaşdı
Dollar və avro bahalaşdı24-10-2016, 12:42. Yazar: admin |
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 24-ə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 21-i ilə müqayisədə 0,38% bahalaşaraq 1,6151 manat təşkil edib. Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,7543 manatdan 1,7549 manata qalxıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 21-i ilə müqayisədə dəyişməyərək 0,0258 manat səviyyəsində qərarlaşıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,5248 manatdan 0,5245 manata düşüb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9697 manatdan 1,9705 manadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi 0,6818 manatdan 0,6829 manata qalxıb. Geri dön |