Ana Sayfa > Özəl > Aİ Ukrayna mallarına rüsum və kvotaların dayandırılmasını bir il uzadıb
Aİ Ukrayna mallarına rüsum və kvotaların dayandırılmasını bir il uzadıb13-05-2024, 16:03. Yazar: sevinc1 |
Avropa İttifaqı bir sıra kənd təsərrüfatı məhsullarının ixracının kəskin artması halında məhdudiyyətlərlə, Ukrayna mallarına idxal rüsumlarının və kvotaların müvəqqəti dayandırılmasını bir il müddətinə uzadıb. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. “Ukraynanın Avropa İttifaqına idxal rüsumlarının və ixracına kvotaların dayandırılması Aİ Şurasının bugünkü təsdiqindən və Avropa Parlamentinin aprelin 23-də qəbul etdiyi qərardan sonra 1 il müddətinə uzadılacaq”, - deyə məlumatda bildirilir. Yumurta, toyuq, şəkər, yulaf, qarğıdalı, dənli bitkilər və balın idxalı 2021-ci il iyulun 1-dən 2023-cü il dekabrın 31-dək orta göstəricidən çox olarsa, onların tarifləri və kvotaları bərpa edilə bilər. aia.az tərcümə şöbəsi Geri dön |