Ana Sayfa > Dünya > Namiq Qaraçuxurludan Aygün Kazımovaya ağır zərbə - VİDEO
Namiq Qaraçuxurludan Aygün Kazımovaya ağır zərbə - VİDEO24-10-2016, 12:36. Yazar: admin |
![]() Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı verdiyi “Ayrılanda mal-mülkümü apardı” sözləri səs-küy yaradıb. Müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf edib: “Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”. N.Qaraçuxurlu məsələ ilə bağlı suallardan yayınıb: “Bunlar çox şəxsi məsələlərdi. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”. Qeyd edək ki, A.Kazımova saytımıza müsahibəsində "Namiq Qaraçuxurlu mal-mülkünüzü əlinizdən alıb" sualına belə cavab vermişdi: "Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm". Geri dön |