Ana Sayfa > Parlament > Ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama
Ərin arvadının başını kəsmə səbəbi bilindi - Prokurorluqdan açıqlama24-10-2016, 12:19. Yazar: admin |
Zərdab rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Trend-ə Zərdab Rayon Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 24-də Zərdab rayonunun Yarməmmədbağı kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Geri dön |